Salyanda qaz olmayacaq
Cəmiyyət
18:25 / 29.12.2016
777
Sabah saat 10:00-dan 12:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Şorsulu" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Sfera.az SOCAR-ın saytına istinadən məlumat verir ki, təmir müddətində Salyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.