Samur-Abşeron kanalından meyit tapıldı

Cəmiyyət
21:17 / 26.10.2024
9264
Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində kişi meyiti aşkarlanıb.
Sfera.az xəbər verir ki, Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Suda aşkarlanmış kişi cinsinə məxsus meyitin kimliyi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.