Ağcaqanad dişlədi, 3 xəstəliyi birdən tapdı... - Yaşlı kişidən valideynlərə ÇAĞIRIŞ

ABŞ-nin Nyu-Hempşir əyalətində ağcaqanad sancması səbəbindən eyni vaxtda üç xəstəlikdən əziyyət çəkən şəxs xəstəxanadan buraxılıb.
Sfera.az xəbər verir ki, bu barədə "WCAX" məlumat yayıb.
Belə ki, ağcaqanad avqust ayında 55 yaşlı Co Keysini dişləyib və onu Şərq at ensefaliti (EEV), Qərbi Nil qızdırması və Sent-Luis ensefaliti ilə yoluxdurub. Nəticədə kişi komaya düşüb və üç həftə orada qalıb. Bütün bu müddət ərzində həkimlər onun həyatı üçün mübarizə aparıblar. Yuxudan oyandıqdan sonra nə yeriyə, nə də danışa bilib.
Üç xəstəliklə mübarizə Keysinin immun sistemini zəiflədib. Onun kəllə sümüyündə beyin hüceyrələrinə basan mayenin əmələ gəldiyi qeyd edilir. Həkimlər kişinin vəziyyətini anormal adlandırıblar. Onlar vurğulayıblar ki, ildə cəmi 1000 amerikalıya bu xəstəliklərdən biri diaqnoz qoyulur.
Keysi 2,5 ay davam edəcək reabilitasiya kursu keçməyə davam edir. Kişi valideynləri özlərinin və uşaqlarının həmişə ağcaqanad spreyi istifadə etmələrini təmin etməyə çağırıb.
VAL, Qərbi Nil qızdırması və Sent-Luis ensefaliti RNT viruslarıdır. Onlar mərkəzi sinir sisteminə təsir edir və simptomlara baş ağrısı, qızdırma, qusma daxildir.
İnci
Sfera.az