Yaxın Şərqdəki müharibənin ŞOK SƏBƏBİ
“Yaşadığımız böhranın adı “Suriya vətəndaş müharibəsi” deyil, “Aralıq dənizi müharibəsidir”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşrinin yazarı Kamal Öztürk yazıb.
O, Yaxın Şərqdəki qarşıdurmaların əsl səbəbinin Aralıq dənizindəki kəşf edilməmiş təbii qaz ehtiyatı yataqları olduğunu bildirib.
Kamal Öztürk onlarla ölkənin döyüş gəmiləri və təyyarələrinin toplandığı Şərqi Aralıq dənizində 3,5 trilyon kubmetr kəşf edilməmiş təbii qaz ehtiyatının olduğunu qeyd edib: “Bu barədə ABŞ-ın Geoloji Araşdırma Təşkilatı 2013-cü ildə dərc etdiyi hesabatında bildirib. Bu, bölgədəki ölkələrin taleyini, Yaxın Şərqdə tarazlıqları dəyişdirəcək qədər böyük qaz ehtiyatıdır. Bu kəşf Şərqi Aralıq dənizində həmçinin neftin də ola biləcəyini göstərir. Dünya bu bölgənin neft və qazına möhtacdır. Birinci Dünya Müharibəsin sonra Osmanlı torpaqlarını parçalayanlar (“Sykes-Picot” razılaşması) bizə elə bir bölgəni buraxıblar ki, hər yerdən neft və təbii qaz fontan vurarkən, bizdə dərman üçün bir barel neft çıxmır. Şərqi Aralıq dənizində çıxarılacaq qazdan bir çox ölkə zəngin olacaq, amma bizə və Şimali Kiprə (rəsmi olaraq tanınmadığı üçün) bir qəpik düşmür. Bu necə zalım bir coğrafi bölünmədir?”
Onun sözlərinə görə, Suriya vətəndaş müharibəsində məsələ heç də İŞİD, “Ən-Nüsra” Cəbhəsi, yaxid da şiə-sünni qarşıdurması deyil: “Məsələ neft və qazın çıxarılmasında pay sahibi olması, enerji ehtiyatlarının daşınması üçün yeni boru xətlərinin çəkilməsi, təsislərin qurulması və bütün bunları həyata keçirəcək şirkətlərin hansı ölkərin olmasına qərar verilməsidir. Neft və qaz Türkiyə üzərindən Avropaya daşınsa, gücümüz və strateji əhəmiyyətimiz də artacaq. Və pul da qazanacağıq. Türkiyə və neftə sahib olan Şimali İraqın kürd muxtariyyətinin prosesdən kənarlaşdırılması üçün hər cür oyunlar oynanılır. Vurulan təyyarə də, Mosuldakı türk əsgəri böhranı da, PKK terroru da, Rojavadakı PYD də, “Paralel dövlət” məsələsi də, diktatorluq iddiaları da bunun bir parçasıdır”.
Kamal Öztürk qeyd edib ki, Suriyadakı Bayırbucaq türkmanlarına qarşı atılan addımlar da sözügedən planın tərkib hissəsidir: “Bayırbucaq türkmanları kəşf edilən qaz sahəsinin quru hissəsinin ən strateji təpəsində otururlar. Hər kəs təəccüb edir ki, Rusiya buranı niyə bombalayır. Əsəd üçün qurulması planlaşdırılan və gələcəyin enerji mərkəzi olacaq Lazkiyedəki yeni kiçik dövlətin içində türkmanların söz sahibi olmaması üçün onlar buradan köçməyə məcbur edilirlər. Məsələni düz başa düşək, adını da düz qoyaq. Biz Aralıq dənizi müharibəsini yaşayırıq. Müharibənin səbəbi yeni olan qaz və neft ehtiyatlarıdır. Bütün strategiyalar bunun üzərində qurulur. PKK, İŞİD, “Paralel dövlət”, yaxud da qazıntılan xəndəklərə ilişib qalmayın. Xəritəyə bütövlükdə baxın”.