Gecə rahat yatmaq üçün bunları edin - Maraqlı araşdırma
“Kanadadakı "British Columbia" Universitetinin araşdırmalarına görə, sevdiyiniz şəxsin qoxusunu hiss edərək yatmaq, yuxu keyfiyyətini artırır və rahatlama hissini gücləndirir”.
Sfera.az bildirir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib. Onun sözlərinə görə, uşaqlıqdan tanış olan və ya dərin bağlılıq duyulan bir insanın qoxusu beyin üçün təhlükəsizliyi və rahatlığı simvolizə edir:
“Bu cür qoxularla yatan insanlar yuxuda daha az oyanır və gecə boyunca daha dərin bir yuxu yaşayırlar. Məsələn, sevdiyinizin köynəyini yatağınızda saxlamaq və ya onun istifadə etdiyi ətri yataq dəstinə çəkmək bu təsiri yarada bilər. Bu, xüsusilə sevdiyindən uzaq olanlar üçün çox sadə, lakin təsirli bir üsuldur”.
F.Əsədov qeyd edib ki, insan beyni tanış qoxularla daha təhlükəsiz hiss edir və narahatlıq səviyyəsini azaldır:
“Bu isə keyfiyyətli yuxunun əsas tərkib hissəsidir. Həyatınıza belə sadə bir vərdiş əlavə edərək, həm yuxu keyfiyyətinizi artıra, həm də sevdiyiniz insanın varlığını yanınızda hiss edə bilərsiniz”.
Türkan