Rusiya Kiyevə dronla HÜCUM ETDİ - Ölən və yaralananlar var

Hadisə
15:56 / 26.10.2024
7008
Rusiya Kiyevdə yerləşən binaya dronla hücum edib.
Sfera.az bildirir ki, hücum nəticəsində 14 yaşlı yeniyetmə ölüb, 5 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçko hücuma görə binada yanğının baş verdiyini və 100-dən çox insanın təxliyə edildiyini açıqlayıb. “17-21-ci mərtəbələr arasında olan mənzillərə ziyan dəyib. 20-ci mərtəbədəki mənzillər yanıb”, - o qeyd edib.
Günay