Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu reallaşıb

İdman
15:00 / 26.10.2024
7481
Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu reallaşıb.
Sfera.az xəbər verir ki, B qrupunda yer alan komandaların duelində "Ordu" "Şəki" kollektivinə qalib gəlib.
Bakı İdman Sarayında baş tutan matç birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, günün ikinci qarşılaşmasında "Sərhədçi" "Abşeron"la münasibətlərinə aydınlıq gətirəcək.
II tura sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.