Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

BRİCS 2006-cı ildə yaradılıb və yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. 2009-cu ildən bəri isə hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən bloka, eyni zamanda dünya əhalisinin təxmini yarısını və qlobal iqtisadiyyatın 1/4 -dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

 

BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik  və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı, faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Daha ədalətli beynəlxalq nizamın inkişafına və qlobal idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.

 

Hal-hazırda təşkilatın 9 üzvü vardır. XVI BRICS Sammiti bu il oktyabr ayının 24-də Kazan şəhərində keçirilmişdir. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterres qatılıblar.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/ “BRICS+” formatının ilk plenar iclasında çıxış etmişdir. 

 

Cənab Prezident çıxışında qeyd etmişdir ki, “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. 

 

Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

 

Azərbaycan durmadan yeni səmərəli nailiyyətlərə imza atır.  Bu gün Respublikamız öz coğrafi mövqeyindən istifadə edərək müasir infrastruktur yaratmış, bununla da Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”.

 

Çox sevindirici bir haldır ki, noyabr ayında ən böyük iqlim konfransı - COP29 Bakıda keçiriləcək.  COP29-un Azərbaycanda keçirilməsinə dair 200-ə yaxın ölkənin yekdil qərarı Azərbaycanın dünyada hörmət sahibi olduğunun sübutlarından biridir. Bu, eyni zamanda Azərbaycan Prezidentinin böyük siyasəti və nüfuzunun göstəricisidir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək”.

 

Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

 

Ş.Ağbulud
AYB Abşeron bölməsinin sədri, Prezident təqaüdçüsü


OXŞAR XƏBƏRLƏR

Anasının sanitar qovşağa atdığı körpənin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Qubada xəstəxananın sanitar qovşağında doğulan uşağın görüntüləri yayılıb.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, körpənin sağlamlıq vəzi...

İşə qəbul imtahanı əlverişsiz havaya görə təxirə salındı

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (te...

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...