Daha bir “Azərişıq” əməkdaşını “tok” vurub öldürdü

Hadisə
13:58 / 26.10.2024
8437
Bakıda "Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.
Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.
Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynov işıq dirəyində iş görən zaman cərəyan vurub.
Hadisə nəticəsində o, yerindəcə keçinib.