Bu gün İspaniya La Liqasında "El Klasiko" keçiriləcək

İdman
11:59 / 26.10.2024
6675
Bu gün İspaniya La Liqasında "El Klasiko" keçiriləcək.
Sfera.az-ın məlumatına görə, "Real" (Madrid) XI turda "Barselona"nı qəbul edəcək.
Bakı vaxtı ilə 23:00-də start götürəcək qarşılaşma "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Qeyd edək ki, kataloniya təmsilçisi 27 xalla birinci, paytaxt klubu 24 xalla ikinci pillədə qərarlaşıb.