Polis polkovnikini tutduran qadın “Medical Plaza”nın sahibəsidir? – ARAŞDIRMA

Polis polkovnikini tutduran qadın “Medical Plaza”nın sahibəsidir? – ARAŞDIRMA
İmadəddin Abbasov Aytən Fətəliyevanın 800 min manat pulunu mənimsəyib? 
Noyabr ayında DİN polkovniki İmadəddin Abbasovun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda məlumatlar yayılmışdı. 
"DİN-in mətbuat xidmətinin rəisi Sadiq Gözəlov APA-nın sorğusuna cavabında bildirib ki, paytaxt sakini olan bir vətəndaş nazirliyə müraciət edərək İmaməddin Abbasovun onun külli miqdarda pulunu mənimsəməsi barədə məlumat verib: "Nazir, cənab Ramil Usubovun göstərişi ilə həmin müraciət üzrə xidməti təhqiqat aparılıb və müəyyən olunub ki, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda ziyan vurub. Əməlində dələduzluq cinayətinin əlamətlərinin olması, "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin tələblərini pozub polis əməkdaşı adına ləkə gətirən hərəkətlər etməsi nəzərə alınaraq, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmətdən xaric edilib”.

S. Gözəlov həmçinin qeyd edib ki, İ.Abbasovun əməlinə hüquqi qiymət verilməsi üçün xidməti yoxlama materialları qanunvericiliyə uyğun olaraq Baş Prokurorluğa göndərilib.

Həmin materiallar üzrə Baş Prokurorluqda aparılmış prosessual araşdırmaların nəticələrinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə tərəfindən İ.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib (Lent.az).

Başqa bir məlumatda isə bildirilir ki, İ.Abbasov ona 800 min manat pul verib ala bilməyən bir qadının şikayəti əsasında həbs olunub: "İ.Abbasov ayrı-ayrı 7 vətəndaşdan müxtəlif vaxtlarda pul alaraq hansısa problemlərinin həllinə yardımçı olacağına söz versə də bunu edə bilməyib və həmin şəxslərin pulunu geri qaytarmayıb. Xüsusilə bir qadından guya hansısa vəzifəyə keçəcəyi üçün borc adı altında aldığı 800 min manatı geri qaytarmadığından həmin qadın daxili işlər naziri Ramil Usubova şikayət edib. Bu şikayət araşdırılandan sonra polkovnik barədə cinayət işi qaldırılıb (virtualaz.org). 
Qeyd edək ki, İmaməddin Abbasov əslən Salyan rayonunun Qarabağlı kəndindəndir. O, uzun illər Salyan polisində polis serjantı kimi qulluq edib. Sonralar Salyan Rayon Polis Şöbəsində (RPŞ) rəis müavini, Oğuz, Qəbələ və Daşkəsən RPŞ-lərində rəis işləyib. 2011-ci ildən isə Daxili İşlər Nazirliyində çox da yüksək olmayan vəzifədə işləyirdi. 
Dekabrın 29-da LEGİON-a polkovnik İmadəddin Abbasovun həbs edilməsi ilə bağlı yeni məlumatlar daxil olub. 
Belə ki, əldə etdiyimiz məlumata görə, İmaməddin Abbasovdan DİN rəhbərliyinə şikayət edən qadın Aytən Bəxtiyar qızı Fətəliyevadır. 
LEGİON-a məlumat verən mənbələr, həmin qadının "Medical Plaza” klinikasının sahibi olduğunu deyiblər. 
Məlumatda bildirilir ki, İ.Abbasov "Medical Plaza”nın sahibi Aytən Bəxtiyar qızı Fətəliyevanı aldadaraq, 800 min manat pulunu mənimsəyib. 
Və A.Fətəliyeva DİN-in rəhbərliyinə müraciət edəndən sonra, polis polkovniki barədə cinayət işi açılıb, onun barəsində həbs-qətimkan tədbiri seçilib. Mətbuatda bu məlumat getsə də, əsas şikayətçinin adı açıqlanmayıb. 
Bu günlərdə Legion-a bu barədə məlumat daxil olduğu üçün, biz də öz növbəmizdə hər tərəfin fikirini öyrənməyə çalışdıq. 
Lakin təəssüflər olsun ki, "Medical Plaza” klinikasının internet saytında olan əlaqə nömrəsinə zənglərimizə cavab verən olmadı. 
Araşdırmamız davam edir 
Faiq Qurbanov 
LEGİON 

OXŞAR XƏBƏRLƏR

Melaniya Tramp uzun müddət sonra qəfil həyat yoldaşının yanına qayıdıb

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdən və ictimai məkandan çox uzun müddət uzaqlaşmasından sonra bir araya gəliblər. Sfe...

İngiltərəni sarsıdan cinayət hekayəsi: İtmiş Lord, ölü dayə və Ledi Lukan

1974-cü ildə İngiltərədə bir qətl törədilib, bir Xanım ölümdən dönüb və bir Lord itkin düşüb. Sfera.az İngiltərəni sarsıdan və hələ də sual işarələri ilə d...

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...