Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanıldı

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanıldı

Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC nəqliyyat vasitələrinin utilizatorlarının reyestrində qeydiyyata alınıb, utilizasiya məqsədilə nəqliyyat vasitəsini təhvil verən vətəndaşa ilk təsdiqedici sənəd təqdim olunub.

 

“Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Uçotdan çıxarıldıqdan və utilizatora təhvil verildikdən sonra nəqliyyat vasitəsini utilizatora təhvil verən şəxsə yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd verilir”, - deyə məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR

Tramp-Zelenski görüşündə qalmaqal necə başlayıb? - Mübahisənin tam stenoqramı

Dünən axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və onun vitse-prezidenti J.D.Vens ilə Ağ Evdə görüşüb. Görüş zamanı...

Bu gün AZƏRTAC-ın 105 yaşı tamam olur

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 yaşı tamam olur.   Sfera.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tər...

Ukrayna üçün çətin dövr başlayır: “ABŞ-nin dəstəyi zəifləyəcək”

Dünən Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında keçirilən görüş iki lider arasında mübahisə ilə nəticələnib. Tramp Zelenskini “ya sövdələşməyə g...

İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul etdi

Azərbaycan Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.   Sfera.az xəbər ve...

DYP açıqladı: qarlı və buzlu havada ən təhlükəli yollar…

Qarlı və buzlu hava şəraitində bəzi yollar daha təhlükəlidir.   Sfera.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr...

Ağ Evdə “böyük oyun”: Tramp və Zelenski razılaşıb, hədəf

“Ağ Evdə ABŞ və Ukrayna prezidentlərinin görüşü ilk növbədə Donald Trampın Volodimir Zelenskini hörmətlə qarşılaması ilə diqqət çəkdi. Bir neçə gün öncə A...