Bakıdakı güclü yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA

Cəmiyyət
21:00 / 25.10.2024
6682
Bakıdakı yanğınla bağlı indiyədək təcili tibbi yardım briqadasına müraciət daxil olmayıb.
Bu barədə Sfera.az-a TƏBİB-dən bildirilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.10.2024-cü il tarixində saat 17:40 radələrində Nizami rayonu ərazisində obyektdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
İndiyədək təcili ibbi yardım briqadasına müraciət daxil olmayıb", - məlumatda deyilir.
Qeyd edək ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib. Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.