Ağdaşda Heydər Əliyevin heykəli yoxa çıxdı

Ağdaşda Heydər Əliyevin heykəli yoxa çıxdı


Ağdaşda Heydər Əliyev parkında Ulu Öndərin xatirəsinə qoyulan heykəl götürülüb.

Bu barədə Ölkə.Az-a Ağdaş rayon sakinləri məlumat verib.

Bildirilir ki, 2011-ci ilin oktyabrın 11-də Prezident İlham Əliyev Ağdaşa səfəri zamanı bu heykəli ziyarət edib. Bu barədə president.az saytında olan məlumatlar da faktı təsdiqləyir. (//www.president.az/articles/3457)

Ağdaş rayon İcra Hakimiyyətinin saytında olan şəkillər də bu heykəlin orada mövcüd olduğunu sübut edir.

Amma 2014-cü ildə parkda aparılan yenidənqurma işlərindən sonra heykəl yoxa çıxıb.  Əvəzində abidənin olduğu yeri indi ot basıb.

2014-cü ildə parkda yenidənqurma işləri aparılıb. Dövlət başçısının adıçəkilən rayona səfəri zamanı isə Heydər Əliyev Mərkəzində yeni abidə ucaldılıb.

Amma parkda əvvəl olan Heydər Əliyevin abidəsini bundan sonra gördüm deyən olmayıb.

Məsələ ilə bağlı Ağdaş rayon icra başçısının müavini Aynur Novruzova Ölkə.Az-a açıqlama verib.

Xanım müavin həmin ərazidə heç vaxt Ulu Öndərin abidəsinin olmadığını bildirib.

"Heydər Əliyevin abidəsi o parkda deyil. Abidə Heydər Əliyev Mərkəzinin qarşısındadır. Hamı çox söz deyə bilər. Orada heç bir heykəl olmayıb da, aparılmayıb da. Özünüz gəlin, baxın".

Aynur Novruzovaya bizə göndərilən şəkli sizə göndərək təklifimiz isə cavabsız qaldı. Xanım müavini telefonu söndürərək, bundan sonrakı zənglərimizi də cavabsız qoydu.

Amma fakt faktlığında qalır. Ağdaş sakinləri və icra hakimiyyətinin internet səhifəsində olan şəkillər abidənin olduğunu aydın göstərir.

Heykəl müəmması isə qaranlıq olaraq qalır.

 

 


OXŞAR XƏBƏRLƏR

Melaniya Tramp uzun müddət sonra qəfil həyat yoldaşının yanına qayıdıb

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdən və ictimai məkandan çox uzun müddət uzaqlaşmasından sonra bir araya gəliblər. Sfe...

İngiltərəni sarsıdan cinayət hekayəsi: İtmiş Lord, ölü dayə və Ledi Lukan

1974-cü ildə İngiltərədə bir qətl törədilib, bir Xanım ölümdən dönüb və bir Lord itkin düşüb. Sfera.az İngiltərəni sarsıdan və hələ də sual işarələri ilə d...

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...