Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!


Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu gözlənilən əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

 

Sfera.az xəbər verir ki, İdarə hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmağı, sürücülərdən sürət həddini minimuma endirməyi, hərəkət zamanı ara məsafəsini normadan artıq saxlamağı məsləhət görüb.

 

Həmçinin küləkli günlərdə avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı tövsiyə edib:

 

"Xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək, avtomobillərin mövsümə uyğun təchizatına xüsusi diqqət ayırmaq xahiş edilir.

 

Həftəsonuna təsadüf edən qeyri-sabit hava şəraitinin səfərə hazırlaşan sürücülər üçün əlavə çətinliklər yaradacağını vurğulamaqla yanaşı, piyadaları da yollarda diqqətli olmağa çağırırıq", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Bakı avtovağzalından bu istiqamətlərə reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndir...

Bakıda bu mehmanxananın fəaliyyəti dayandırıldı - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.   Sfera.az bil...

Mehriban Əliyeva Ramazan ayının başlaması ilə əlaqədar paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlaması ilə əlaqədar paylaşım edib.   Sfera.az həmin paylaşımı...

Azərbaycan Kubokunda 21 ilin rekordu təkrarlanıb

Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb.   Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, cari mövsüməd...

Tramp-Zelenski görüşündə qalmaqal necə başlayıb? - Mübahisənin tam stenoqramı

Dünən axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və onun vitse-prezidenti J.D.Vens ilə Ağ Evdə görüşüb. Görüş zamanı...