Türkmənistan qaz təchizatı məsələsində əsas şərtini AÇIQLADI

Türkmənistanın “Türkmənqaz” dövlət şirkəti üçün qaz satışında əsas şərt tədarükün kommersiya tərəfidir (qiymət məsələsi, kommersiya səmərəliliyi – red.).
Sfera.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu “Türkmənqaz”ın sədri Məqsət Babayev deyib.
“”Türkmənqaz” üçün tədarükün başlanması, bərpası və ya dayandırılması üçün əsas şərt kommersiya tərəfidir. Alqı-satqı müqavilələrinə məhz fayda, qarşılıqlı faydalı əməkdaşlıq nöqteyi-nəzərindən baxılır. Bu gün müxtəlif tərəfdən - şimaldan, qərbdən, şərqdən tələbatımız artır”, - Məqsət Babayev qeyd edib.
O vurğulayıb ki, şirkət, demək olar ki, hər gün müxtəlif alıcılar və ölkələrlə (qazın satışı ilə bağlı – red.) danışıqlar mərhələsindədir.
Məqsət Babayev qeyd edib ki, “Türkmənqaz” və “Qazprom” arasında Türkməsintan qazının tədarükü ilə bağlı müqavilənin uzatmamasına səbəb tərəflər arasında qiymət məsələsində razılığın əldə olunmaması olub.