Baydendən dövlət qurumlarına süni intellektlə bağlı ÇAĞIRIŞ

Dünya
15:35 / 25.10.2024
4448
ABŞ Prezidenti Co Bayden dövlət qurumlarını milli təhlükəsizliyi artırmaq üçün ən qabaqcıl süni intellekt sistemlərindən faydalanmağa təşviq edib.
Sfera.az “The Hill”ə istinadən xəbər verir ki, Bayden milli təhlükəsizliyi artırmaq üçün federal qurumlarda süni intellektin istifadəsini genişləndirən dövlət qurumlarına yönəlmiş direktiv imzalayıb.
Direktivdə süni intellekt texnologiyasının inkişafının vacib olduğu vurğulansa da, tətbiqin məxfilik, vətəndaş hüquqları və insan hüquqları kimi fundamental dəyərlərə uyğun olmasının lazım olduğu vurğulanıb.
Bildirilir ki, sözügedən direktiv Baydenin keçən il süni intellekt və onun risklərinin idarə edilməsi ilə bağlı verdiyi hərtərəfli icra sərəncamının bir hissəsidir.
Firuzə Əliyeva