Müəllimlər İnstitutunda bazar: “0” bal alan 300 müəllim necə diplom alıb?

Müəllimlər İnstitutunda bazar: “0” bal alan 300 müəllim necə diplom alıb?

300 müəllim tədris etdiyi fəndən 0 bal alıb. Bu fəlakətin əsas səbəbkarlarından biri Azərbaycan Müəllimləri İnsitutunun sabiq rektoru, indiki deputat Aqiyə Naxçıvanlıdır. 

Bu haqda Politika.Az-a məlumat verilib. Deyilir ki, bu institutun regional filialları diplom satışı biznesi ilə məşğul olub. 

Aqiya Naxçıvanlının rəhbərlik etdiyi Azərbaycan Müəllimlər İnstitutu ölkənin bir nömrəli müəllim hazırlayan ali təhsil ocağına çevrilə bilmədi. 

Azərbaycan cəmiyyəti nə qədər arzulasa belə Azərbaycan Müəllimlər İnstitutu ölkənin bir nömrəli müəllim hazırlayan ali təhsil ocağına çevrilə bilmədi. 

Adı daima qalmaqallarla, rüşvət və korrupsiya halları ilə gündəmə gətirilən Müəllimlər İnstitutu, təhsil sistemində müəllim imicini aşağılayan ən böyük təhsil ocaqlarından biridir. Bu institutun bütün rayon filialları bazar açıb. Faktlara baxaq: 

Azərbaycan Müəllimlər institutunun Cəlilabad filialında son olaraq adı hallanan rüşvət yığımı buraxılış imtahanı ilə bağlıdır və konkret olaraq 500 manat civarında dəyərləndirilib. Bu rəqəm isə ümumiləşəndə böyük bir məbləğ hesab olunur. 

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında baş verən rüşvət olayı ilə bağlı audio yazının dərci də yaddaşlardan silinməyib. 

Xatırladaq ki, hələ bir müddət əvvəl Mingəçevir filialında bu təhsil müəssisəsinin iki müəllimi arasında yaranan davadan sonra bəzi məlumatlar üzə çıxmışdı. 

AMİ Mingəçevir filialının tədris hissə müdiri Vahid Quliyevlə elə həmin institutun müəllimi Müsəllim Hümbətov arasında yay imtahan sessiyasıyla bağlı mübahisə sonradan bu təhsil ocağında baş verənləri çılpaqlığı ilə ortalığa qoydu. 

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialına rəhbərlik artıq 3 ildən artıq müddətdir ki, Afaq Qasımovaya tapşırılıb. 

Afaq xanımın bu vəzifəyə təyinatı filialın keçmiş direktoru tərəfindən çoxsaylı korrupsiya hallarına yol verilməsi və məhz bu səbəbdən həbsə düşməsindən sonra baş tutsa da, bu hadisələrin yeni direktor üçün bir ibrət olduğunu söyləmək qətiyyən mümkün deyil. 

Yeni təyinatdan bir müddət sonra yerli mənbələrin təqdim etdikləri məlumatlarda isə AMİ-nin Qazax filialında müəyyən dəyişiklikləri yalnız binanın görünüşündə müşahidə etməyin mümkün olduğu bildirilir.

Qeyd edək ki, ölkəninin tanınmış müğənnilərindən biri mətbuata müraciət edərək Müəllimlər İnstitunun Ağcabədi filialınında təhsil alan yaxınının imtahanlarda qiymət ala bilməsi üçün 500 manat rüşvət verdiyini bildirmişdi


OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşdı

Prezident İlham Əliyev rəsmi instaqram hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı videoçarx paylaşıb.   Sfera.az həmin paylaşımı təqdim e...

Melaniya Tramp uzun müddət sonra qəfil həyat yoldaşının yanına qayıdıb

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdən və ictimai məkandan çox uzun müddət uzaqlaşmasından sonra bir araya gəliblər. Sfe...

İngiltərəni sarsıdan cinayət hekayəsi: İtmiş Lord, ölü dayə və Ledi Lukan

1974-cü ildə İngiltərədə bir qətl törədilib, bir Xanım ölümdən dönüb və bir Lord itkin düşüb. Sfera.az İngiltərəni sarsıdan və hələ də sual işarələri ilə d...

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl unitaz oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...