Nazirin “Azərpoçt” maxinasiyası: sistem yenə donur, yüksək texnologiya ilə pul silinir

Nazirin “Azərpoçt” maxinasiyası: sistem yenə donur, yüksək texnologiya ilə pul silinir

Ölkəmiz həm iqtisadi həm də sosial cəhətdən inkişaf etmiş ölkələrlə bir sırada yer alır. Bu cür inkişaf mexanizmi bir daha sübut edir ki, dövlətimiz hər cəhətdən inkişaf edib. 

Texnologiyanın inkişafı isə rabitə sahəsində özünü xüsusi ilə gösdərməkdədir. Əhalinin əksəriyyəti internet rabitəsindən istifadə etsə də, poçt şöbələri öz fəaliyyətini davam etdirir. Lakin bu gün poçt idarələrində Brejnev dövründən qalmış texnologiyalar var. 

Politika.Az-ın xəbərinə görə, əksər poçt idarələrində kompüterlər köhnədir, nasazdır, sistem tez-tez donur, vətəndaşlar da, poçt əməkdaşları da inciyir. 
Bu problem həm Bakıda, həm də regionlarda müşahidə olunur. İnsanlar əziyyət çəkir, saatlarla gözləməli olur. 

Halbuki Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə maddi-texniki bazanın yaxşılaşdırılması üçün vəsait ayrılır. 

Amma nazirliyin adı ilə poçtları arasında ciddi fərq var, heç də poçt idarələri yüksək texnologiya ilə təchiz olunmayıb. 

Buna dair qeyd etmək olar ki, Bakının Yasamal, Suraxanı, Binəqədi rayonlarında poçt idarələrinin kompüter sistemi tez-tez sıradan çıxır, donur. Çox güman ki, oxucularımız da bu hallarla rastlaşıb. 

Eləcə də Lənkəran, Masallı, Sabirabad, Hacıqabul, Gəncə, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Şəki, Xaçmaz və demək olar ki, bütün regionlarda poçt idarələrinin fəaliyyəti bərbaddır. Keçmiş rabitə nazirinin dövründə böyük pullar mənimsənildiyi artıq məhkəmədə aydınlaşdırılır. 

Yeni nazir Ramin Quluzadənin gəlişindən xeyli zaman keçsə də, bu problemlər qalmaqdadır. Görünür ki, nazir də kompüterləri yeniləməkdə maraqlı deyil. Nəticədə poçtlarda çalışanlar və vətəndaşlar zülm çəkir. 

Qeyd edək ki, 2015-ci ildə "Azərpoçt" MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun Vergilər Nazirliyi ilə birgə auditi aparılıb. Auditin əhatə etdiyi dövrdə, həmçinin vergilər üzrə borcların vergi ödəyicinin hesabından mülki məcəllədə nəzərdə tutulan ödənişlərin növbəliliyinə uyğun tutulması haqqında vergi orqanının sərəncamı "Azərpoçt”un Gəncə Regional Poçt filialı tərəfindən icra edilməyib, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiya qərarları ilə "Azİntelekom” MMC-yə qaytarılmaq şərti ilə verilmiş 26 mln. 792 min manat vəsaitin yalnız 25 mln. 332 min manatı nazirliyin kollegiya qərarı ilə cəmiyyətin nizamnamə kapitalının artırılmasına yönəldiyi nəzərə alınaraq qaytarılmalı olan 1 mln. 460 min manatdan qalan 860 min manatı ilin sonuna mühasibat uçotunda kreditor borcu kimi əks etdirilməyib.

Dövlət büdcəsinin iqtisadi təsnifatının "Məhsula görə ödənişlər” xərc maddəsi üzrə 2013-cü ilin ilkin təyinatı 9,5% artırılsa da cəmiyyətin tabeli müvafiq təşkilatlarına ştat cədvəllərində əmək haqlarında, həmçinin universal poçt rabitəsi xidmətlərinin növləri üzrə xərclərin kalkulyasiyasında və mənfəətin (zərərin) hesablanmasında müvafiq dürüstləşdirmələr aparılmayıb, maliyyə fəaliyyəti zərərlə nəticələndiyi halda işçilərə mükafat və maddi yardım ödənilərək xərclərin artırılmasına yol verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Hesablama Palatasına daxil olmuş məlumata əsasən "Azərpoçt”un balansında olan sahələrdə fəaliyyət göstərən digər təşkilatlar tərəfindən icarə müqaviləsi bağlanılmaqla icarə haqlarının ödənilməsini təmin edilməsi məqsədilə rəsmi müraciətlər edilib, eyni zamanda ƏMDK ilə icarə müqavilələrinin bağlanması istiqamətində birgə iş aparılır.

Məlumatda həmçinin göstərilib ki, vergi və digər icbari ödənişlər üzrə hesablanmış vəsaitlərdə 781,6 min manat məbləğində hissənin dövlət büdcəsinə ödənilməsi, "Azərpoçt” tərəfindən "Azİntelekom”a qaytarılmalı olan 860 min manat məbləğində vəsait üzrə qanunauyğun şəkildə müvafiq hesabat yazılışı edilməklə mühasibat uçotunda düzgün əks etdirilməsi, Şamaxı rayonu Məlikçobanlı poçt şöbəsinin binasının tikintisi üzrə yerinə yetirilmiş işlərin qəbul aktında aparılmış işlər üzrə 5 min manat məbləğində vəsaitinin MMC-nin hesabına bərpa edilməsi təmin edilib, 9,2 min manat məbləğində iş həcminin isə podratçı tərəfindən bərpası üçün zəruri tədbirlər həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...