Cənubi Koreya prezidentinin iqamətgahına zibil şarı düşdü

Cənubi Koreya prezidentinin Seuldakı iqamətgahının üzərinə KXDR-dən gələn zibil şarı düşüb, bu da Cənubi Koreyanın əsas obyektlərinin zəifliyi ilə bağlı narahatlıqları artırıb.
Sfera.az xəbər verir ki, bu barədə, Cənubi Koreya prezidentinin təhlükəsizlik komandasının bəyanatında deyilir.
Hadisə zamanı Cənubi Koreya prezidenti Yoon Suk Yeolun kompleksdə olub-olmadığı məlum deyil. Cümə axşamı günü o, Polşa Prezidenti Andjey Duda ilə ofisində görüşüb.
Bundan əvvəl, iyul ayında Cənubi Koreya prezidentinin iqamətgahına zilib şarı düşüb. Bu zaman da düşən zibilin tərkibində təhlükəli maddələr olmayıb.
Qeyd edək ki, may ayının sonundan bəri Şimali Koreya Soyuq Müharibə üslubunda yenilənmiş psixoloji kampaniya çərçivəsində Cənubi Koreyaya plastik və kağız tullantıları kimi zibil torbaları daşıyan minlərlə şar göndərir.
Firuzə Əliyeva