Qubadlının sosial-iqtisadi inkişafı üçün hansı işlər görülür? - AÇIQLAMA

Qubadlının sosial-iqtisadi inkişafı üçün hansı işlər görülür? - AÇIQLAMA

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 4-cü ildönümüdür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədiblər. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıblar.

 

Maraqlıdır, Qubadlının sosial-iqtisadi inkişafı üçün hansı işlər görülür?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirdi ki, 2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazıldı. Bu günü nəinki qubadlılılar, bütün Azərbaycan xalqı otuz ilə yaxın müddətdə gözləyib.

 

Millət vəkili qeyd etdi ki, Qubadlı rayonu 1933-cü ildə təşkil edilib:

 

“1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb.Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Sahəsi 802 kvadrat - metrdir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib”.

 

C.Məmmədov bildirdi ki, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb:

 

“O gün Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərimizdəki dədə-baba yurdlarını, isti ocaqlarını tərk etmək məcburiyyətində qalan qubadlılıların məcburi köçkün həyatı başladı. Rayon sakinləri respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. Təcavüzkar ermənilər işğal etdikləri digər ərazilərimiz kimi, Qubadlının da zəngin təbiətinə ciddi ziyan vurdu, ərazidəki bütün tikililəri dağıtdılar”.

 

Millət vəkilinin sözlərinə görə, Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular:

 

“Yüksəkliklər düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Nəhayət 25 oktyabr Azərbaycan Ordusunun xüsusi peşəkarlığı nəticəsində Qubadlı işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı”.

 

Deputat vurğulayıb ki, Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur:

 

“Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.Əminik ki, işğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq”.

 


Firuzə Əliyeva

 

Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verdi

Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə...

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Ölkənin birinci bankı “Kapital Bank” gənclərin inkişafına və karyera yollarında uğur qazanmalarına dəstək olmaq məqsədilə müxtəlif təlimlər təş...

Baş nazir qərar imzaladı

Nazirlər Kabineti “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.  ...

Bu malların bahalaşması Azərbaycanın ixracını ARTIRDI - RƏQƏMLƏR

Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz malları kəskin şəkildə bahalaşıb.   Sfera.az xəbər verir ki, ixrac olunan qeyri neft-qaz məhsullarının qiym...

Zakir Həsənov türkiyəli generalla görüşdü- VİDEO

Dekabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları kom...

"Barselona" De Yonqla yollarını ayırır

İspaniyanın "Barselona" komandası futbolçusu Frenki de Yonq ilə yollarını ayırmağı hazırlaşır.   Sfera.az xarici mətbuata istinadən xə...