Azərbaycan millisi bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq


Azərbaycan millisi bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq.

 

Sfera.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma rəqibini “Liv Bona Dea Arena”da sınağa çəkəcək.

 

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

 

Avropa çempionatı

Pley-off mərhələsi, ilk oyun

25 oktyabr

16:00. Azərbaycan – Portuqaliya

 

Hakimlər: Fabyenn Mişel, Melissa Cus (Almaniya), Amina Sara Quçi (Avstraliya), Karolin Uoker (Almaniya).

 

"Liv Bona Dea Arena".

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.


OXŞAR XƏBƏRLƏR