Məzarlıqlarla bağlı yeni ŞOK qaydalar: "Ölülər basdırılarkən..." - VİDEO
Cəmiyyət
14:50 / 29.12.2016
864
Qəbirstanlıqlarda qaydasızlıq müşahidə edilir.
Dəbdəbəli qəbir yerləri götürülür, bir sıra vətəndaşlar sağ olarkən yer zəbt edirlər. Bütün bunların qarşısını almaq üçün məzarlıqlar haqqında qanun hazırlanıb və qanun Milli Məclisə təqdim edilib. Yeni qaydalarda əsasli dəyişikliklər var.
Qəbiristanlıqlarda qayda qanun olacaq, hətta məzarlar nömrələnəcək. Məzarlıqlar haqqında qanun hazırdır və Milli Məclisə təqdim edilib.
Qaydalar yeni salınacaq qəbirstanlıqlara aiddir. Qanunun geriyə qüvvəsi olmadığından mövcud məzarlıqlarda onların tətbiqi mümkün olmayacaq. Yeni qaydalara əsasən başdaşı və qəbir yerləri də standart olacaq.
Bu qaydaların tətbiqinə bələdiyyələrin nəzdində yaradılacaq dini idarələr nəzarət edəcək. İnsanlar basdırılarkən onların yaxınları məhz bu idarəyə müraciət edəcəklər. İsrafçılığın və dəbdəbənin qarşısını almaq üçün dəfn xərcləri də diqqətdə saxlanılacaq
Qanun Milli Məclisdə müzakirə edildikdən sonra qüvvəyə minəcək. xezerxeber.az