Gürcüstan prezidentindən çevrilişlə bağlı AÇIQLAMA: "Heç kim..."

Dünya
00:11 / 25.10.2024
16907
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ölkədə seçkilərdən sonra heç kim dövlət çevrilişi etməyi planlaşdırmır.
Sfera.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
“Heç kim və ilk növbədə mən burada dövlət çevrilişi etməyi planlaşdırmıram. Mərkəzi Seçki Komissiyasının binası yerində dayana bilər”, - deyə siyasətçi bildirib. O, əlavə edib ki, MSK-nın əsas prioriteti seçkilərin aşkarlığı və legitimliyi, həmçinin səslərin ədalətli hesablanması olmalıdır.
Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra gözlənilən dövlət çevrilişi barədə məlumat vermişdi. Onun sözlərinə görə, iğtişaşlara səbəb müşahidəçi qeyri-hökumət təşkilatları olacaq.
İnci