Ayaqlarını çayda yumaq qərarına gələn mədənçiyə timsah hücum etdi

İndoneziyada timsah ayaqlarını çayda yumaq qərarına gələn şaxtaçıya hücum edib.
Sfera.az xəbər verir ki, bu barədə Mirror yazıb.
KİV-in məlumatına görə, 25 yaşlı mədənçi növbədən sonra ayaqlarını yaxınlıqdakı çayda yumaq qərarına gəlib. Lakin ayağını suya yaxınlaşdıran kimi yırtıcı ona hücum edib. Bu səhnə kişinin qayınatasının gözü qarşısında baş verib.
Timsah mədənçini sürüyərək çaya salıb. Hadisə şahidi kömək üçün kəndə qayıdıb, lakin dörd saatlıq axtarışdan sonra yerli sakinlər xilasediciləri çağırmaq qərarına gəliblər. Mütəxəssislər drondan istifadə edərək ertəsi gün itkin düşmüş şəxsi hücum yerinin yaxınlığında tapıblar.
Həkimlər şaxtaçının aldığı xəsarətin şiddətinə görə xilas edə bilməyiblər və yerli hakimiyyət orqanları insanlara təbii su hövzələrinin yaxınlığında diqqətli olmağın nə qədər vacib olduğunu xatırladıblar.
İnci
sfera.az