Bakıda avtomobil qatarla toqquşdu: ölən var

Hadisə
20:15 / 24.10.2024
6229
Bakıda avtomobil qatarla toqquşub.
Sfera.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. Minik avtomobilinin qatarla toqquşması nəticəsində sərnişin 70 yaşlı Rüstəmxanım Baba qızı Məmmədova xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin gördükləri tədbirlərə baxmayaraq, qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır. (Lent.az)