“Qarabağ” “Ayaks”a da məğlub oldu

“Qarabağ” “Ayaks”a da məğlub oldu

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.

 

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland “Ayaks”ı ilə qarşılaşacaq. 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

 

Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

 

“Qarabağ” hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda isə “Malmö”yə uduzub (1:2). 

 

Aktivində 4 xal olan “Ayaks” isə 8-ci pillədədir. 

 

Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur.

 

20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)

Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)

Tofiq Bəhramov adına Respublika Stadionu.

 

Komandaların start heyətləri:

 

“Qarabağ”: Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Zubir, Juninyo

 

Ehtiyat oyunçular: Sadiq Məmmədzadə, Fabian Buntiç, Addai, Bəhlul Mustafazadə, Riçard Almeyda, Kaşuk, Musa Qurbanlı, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade, Nəriman Axundzadə

 

“Ayaks”: Pasveyer, Xato, Şutalo, Ruqani, Rensx, Teylor, Henderson (k), Fits-Djim, Qodts, Veqhorst, Rasmussen

 

Ehtiyat oyunçular: Qorter, Ramay, Qoey, Veyndal, Brobbi, Ekpom, Ahmedcan Kaplan, Traore, Van den Boomen, Mokyo, Tahiroviç, Banel

 

***

 

Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

 

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

 

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

 

***

 

"Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.

 

Görüşün 15-ci dəqiqəsində Julio Romao kobud oyuna görə meydandan qovulub.

 

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

 

***

 

Qonaq komandanın oyunçusu Teylor 36-cı dəqiqədə hesabı açıb: 0 - 1

 

***

 

Matçda qonaqlar üstünlüyünü iki topa çatdırıb: 0 - 2

 

74-cü dəqiqədə Veqorts penalti zərbəsini dəqiq yerinə yetirib.

 

***

 

77-ci dəqiqədə Akpom qonaqların üçüncü qolunu vurur - 0:3

 

***

 

79-cu dəqiqədə “Qarabağ” meydanda 9 nəfərlə qalır. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan qovulur.

 

 


OXŞAR XƏBƏRLƏR