Sabah bu rayonlarda qaz OLMAYACAQ

Cəmiyyət
17:45 / 24.10.2024
5420
Sabah Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun bütün kəndlərində və Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq.
Sfera.az xəbər verir ki, 219 mm magistral xəttdə payız-qış mövsümü ilə əlaqədar təmir işləri görüldüyü üçün Ordubad rayonunun bütün kəndlərində, Culfa rayonunun Gal, Şurud, Dizə və Yaycı kəndlərində qaz təchizatında oktyabrın 25-də saat 09:30-dan saat 15:00 dək müvəqqəti fasilə yaranacaq.