"Elmar Vəliyev qızıma əxlaqsızlıq təklif edərək, 6 ay girov saxlayıb"

 
Gəncə sakini evinin icra hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı dövlət başçısına müraciət edib 

Azfakt.com-un məlumatına görə, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 239 saylı yataqxananın 5-ci mənzilində məskunlaşmış Qalib Əhmədov müraciətində qeyd edib ki, Elmar Vəliyev 20 ildən artıq yaşadığı şəxsi evini 3 saat ərzində xüsusi amansızlıq və talançılıqla yerlə yeksan etdirib.

Şikayətçinin sözlərinə görə, evin söküntüsü zamanı 11 yaşlı qızı Almaz Əhmədovanın başına dam örtüyünün iri bir parçası düşdüyü üçün indi onun nitqində qüsur yaranıb: "Hadisə zamanı həyat yoldaşım Nairə Əhmədova ağır stress keçirib və hazırda yüksək qan təzyiqindən əziyyət çəkir”.

Şikayətçi Q.Əhmədov etdiyi müraciətlər prezidentə yetişmədiyi üçün mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb:

"Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mənim sadəlövhlüyümdən istifadə edərək, 19 yaşlı qızımı 6 ay icra hakimiyyətində işə düzəltmək adı ilə "girov” saxlayıb, amma heç bir işlə təmin etməyib. Sonradan məlum oldu ki, Elmar Vəliyevin qızımla bağlı çirkin niyyətləri olub. O, qızıma dövlət məmuruna yaraşmayan və burada yaza bilmədiyim təklifləri edib. Bundan sonra qızım bu təklifləri rədd edərək işə getməkdən imtina edib. Bu haqda Sizə və müxtəlif dövlət orqanlarına ünvanladığım ərizə və məktublarda geniş və əhatəli yazmışam”.

Q.Əhmədov bəyan edib ki, Elmar Vəliyev ailəsi üçün ciddi təhlükədir: "Ona görə də ailəmi qorumaq üçün Gəncədən gəlib Bakıya "sığınmalı” olmuşam. Hazırda qızım ciddi depressiyadadır və qorxuram ki, özünə qəsd edə. Ona görə də ailəmiz ciddi təlaş içindədir. Sizə olunan müraciətlərim cavabsız qaldıqca, nə edəcəyimi bilmirəm. Xahiş edirəm, köməklik göstərin. Əks təqdirdə məcbur qalıb özümü Prezident Administrasiyasının qarşısında yandıracağam”.(xural.com)



OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...