Bakıda kişi qətlə yetirildi - Arvadı saxlanılıb

Cəmiyyət
15:32 / 24.10.2024
5144
Bakıda qətl törədilib.
Sfera.az xəbər verir ki, hadisə səhər saatlarında Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
37 yaşlı qadının münaqişə zəminində ərini öldürməsi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerindədir.