Kerrinin bəyanatı İsraili bərk əsəbləşdirdi

Kerrinin bəyanatı İsraili bərk əsəbləşdirdi


ABŞ dövlət katibi Con Kerrinin bəyanatı İsraildə sərt reaksiyalara səbəb olub.
Ölkə.Az xəbər verir ki, ABŞ-ın xarici işlər naziri bildirib ki, İsrail və Fələstin arasında münaqişə Fələstinin də dövlət kimi tanınması ilə həll edilə bilər. Nazirin bu bəyanatı İsraildə sərt reaksiyalara səbəb olub. Rəsmi Vaşinqtonun bu bəyanatı İsrailin baş naziri tərəfindən qınanılıb. Netanyahu Kerrini günahlandırıb.
BMT-nin yəhudi yaşayış məntəqələri barədə qərarına ABŞ-ın İsrail lehinə səs verməməsi Vaşinqton və Tel-Əviv arasında gərginliyə səbəb olmuşdu. Kerrinin bu bəyanatı isə İsraili bərk əsəbləşdirib.
Netanyahunun fikrinə görə, Kerrinin açıqlaması mənasız və natarazdır. Baş nazir Kerrini qərəzli adlandırıb.
Kerri isə bəyanatında deyib: "İki dövlətli həll məsələsi yəhudi və fələstinlilər arasında ədalətli və uzunmüddətli sülhü əldə etməyin tək yoludur. İsrail yəhudi dövləti və demokratik dövlətin gələcəyini təmin etmək üçün bu yola baş vurmalıdır. Amma bu gələcək indidən təhlükə altındadır. Dostlar bir-birlərinə acı həqiqəti söyləməlidirlər və dostluq qarşılıqlı hörmətə bağlıdır".
Fələstin lideri Mahmud Abbas isə Kerrinin açıqlamasından sonra sülh müzakirələrinə hazır olduğunu bildirib: "İsrail tərəfindən Şərqi Qüdsdə aparılan  inşaat işləri dayandırıldıqdan və qarşılıqlı imzalanan anlaşmaların qüvvəyə minməsindən sonra sülh müzakirələrinə yenidən başlamağa hazırıq".


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...