Partlayışda xəsarət alanların son durumu AÇIQLANDI

Partlayışda xəsarət alanların son durumu AÇIQLANDI

"Sumqayıt şəhərində yerləşən müəssisədə baş verən partlayış nəticəsində xəsarət alan iki nəfər ambulator müalicə üçün evə buraxılıb".

 

Sfera.az xəbər verir ki, bu məlumat oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

 

"23 oktyabr saat 11:10-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü şəxslər (kişi cinsli) hospitalizasiya olunublar.

 

Baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

 

Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.


OXŞAR XƏBƏRLƏR