Masallıda da “bıçaq sümüyə dirənib”: başçı deputatla qırğın edir

Masallıda da “bıçaq sümüyə dirənib”: başçı deputatla qırğın edir

Masallıda bıçaq sümüyə dirənib

Bu barədə Politika.Az-ın əldə etdiyi məlumata görə, icra başçısı Rafil Hüseynovun deputat Nəriman Əliyevlə konflikti camaatın başında çatlayır. 

İcra başçısı ilə deputat yola getmir deyə torpaqların bölüşdürülməsi, problemlərin həll edilməsi istiqamətində ikitirəlik yaranır. 

N.Əliyev yerli adam olduğunu deyərək daha üstün statusa malik olduğunu iddia edir. İcra başçısı isə rayona rəhbərlik etdiyini söyləyir və hamını onun təlimatlarına boyun əyməyə çağırır. 

Masallının icra başçısı R.Hüseynovla aralarında olan ciddi konfliklər N.Əliyevin qarşısını kəsir. Ümumiyyətlə, Masallıya gəldiyi gündən başçı ilə yerli fiqurlar yola getmir. 

Masallıdan deputat seçilmiş Nəriman Əliyev və iş adamı Hacı Mazan rayonun icra başçısı Rafil Hüseynovu devirmək istəyirlər. Necə ki deputat ikən Əhəd Abıyev Qəzənfər Ağayevi Masallıdan Astaraya sürgün etdi, indi də bu deputat icra başçısına qənim kəsilib. 

Son aylar adı ciddi biznes qalmaqallarda hallanan, hətta diplomunun saxta olduğu deyilən biznesmen - deputat Nəriman Əliyev rayona özlərinin istədiyi adamın başçı təyin olunması üçün dəridən-qabıqdan çıxır. 

Deputat-biznesmen gah saxta diplomu, gah da oğlu İsmayıl Nəriman oğlu Əlizadənin avtoxulqanlığı səbəbindən bütün paytaxt polisini və ictimaiyyəti təngə gətiriməsi ilə gündəmə gəlir. 

Məlumata görə, bir müddət öncə MTN işinə görə istintaqa ifadə verdiyi bildirilən deputatın məsuliyyətə cəlb olunması iddiasından sonra biznesinin əlindən alınması da gündəmə gəlib. 

Mənbə bildirir ki, hazırda 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat seçilmiş Nəriman Əliyevin MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmasından sonra deputatın yaxın qohumu həbs olunub. 

Deputatla bağlı yayılan məlumatlarda isə bildirilir ki, Nəriman Əliyev "Nur M" şirkətini uzun illər Akif Çovdarovla şərik işlədib. 

Bu şirkət isə əsasən İrandan xurma, kişmiş, quru meyvə və s. məhsullar gətirib. Həmçinin deputat bu məhsullar üzrə monpolist kimi çıxış edib və onun monopoliyasına girməyə cəhd edən istənilən şəxsi zərəsizləşdirmək üçün dəfələrlə Akif Çovdarov "kartı"ndan istifadə edib.



OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...