FIFA reytinqi: Azərbaycan millisi beş pillə geriləyib

İdman
12:38 / 24.10.2024
2413
Azərbaycan millisi FIFA reytinqində beş pillə geriləyib.
Sfera.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında bildirilib.
Yığma hazırda 1161.8 xalla 118-ci sıradadır.
Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1844,33) üçüncüdür.