Şəmkirdə qəza -"Moped" sürücüsü öldü

Hadisə
12:17 / 24.10.2024
2665
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qaracəmirli kənd sakini 2000-ci il təvəllüldü Höcət Əhmədovun idarə etdiyi mopedlə minik maşını toqquşub.
Qəza zamanı xəsarət alan moped sürücü xəstəxanaya aparılıb. Orada onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.