Son 3 ayda dollar alışı ARTIB - RƏQƏMLƏR
Son 3 ayda (iyul, avqust və sentyabr) Azərbaycanda nağd şəkildə alınan dolların məbləğində artım, satışında isə azalma müşahidə edilib.
Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin iyununda banklardan və digər maliyyə qurumlarından 109,3 milyon dollar nağd şəkildə alınmışdı. Nağd alınan dolların məbləği iyulda 155 milyon dollara, avqustda 195,1 milyon dollara, sentyabrda 253,5 milyon dollara yüksəlib.
Dollar alışının artmasına paralel olaraq dollar satışı da azalıb. Bu ilin iyununda 148,9 milyon dollar satılmışdı. İyulda satış həcmi 179,3 milyon dollara yüksəldiyi halda, avqustda 156,3 milyon dollara, sentyabrda 135,2 milyon dollara enib.
Ümumilikdə, bu ilin ilk 9 ayı ərzində nağd şəkildə 1,97 milyard dollar alınıb, 1,26 milyard dollar satılıb. Ötən illə müqayisədə bu il dollar alışında ciddi artım var. 2023-cü ilin 9 ayında 1,11 milyard dollar alınmışdı.
Müqayisədən görünür ki, bu il dollar alışı 860 milyon dollara yaxın artıb. Dollar alışının artması bu valyutaya olan tələbin yüksəlməsi ilə bağlıdır.
Vasif