Fərhad Məmmədov Qazaxıstan prezidenti tərəfindən təltif edildi - FOTO

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru, politoloq Fərhad Məmmədov Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev tərəfindən ordenlə təltif edilib.
Sfera.az xəbər verir ki, bu barədə Fərhad Məmmədov öz “Facebook” hesabında məlumat verib:
“Məni II dərəcəli “Dostluq” ordeni ilə təltif etdiyinə görə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm”.
“Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr Prezident İlham Əliyevin və Prezident Qasım-Jomart Tokayevin rəhbərliyi altında durmadan inkişaf edir.
İkitərəfli münasibətlərdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti, mədəniyyət, müstəqil ekspertlər və diaspor nümayəndələri iştirak edirlər. Fəaliyyətimin Qazaxıstan Prezidentinin diqqətini çəkməsinə görə də çox şadam və bununla fəxr edirəm” - deyə politoloq yazıb.
Qeyd edək ki, Fərhad Məmmədov bundan əvvəl Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olub.
Aynil