Rusiya Bankının uçot dərəcəsi 20%-ə qaldırıla bilər

Rusiya Bankının uçot dərəcəsi 20%-ə qaldırıla bilər

Rusiya Bankının uçot dərəcəsi 20%-ə qaldırıla bilər.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, oktyabrın 25-də keçiriləcək iclasda Rusiya Bankının Direktorlar Şurası əsas uçot dərəcəsini 100 baza bəndi artıraraq illik 20% psixoloji səviyyəyə qaldıra bilər.

 

Bəzi ekspertlər əsas faiz dərəcəsinin kəskin, yəni 21%-ə qədər artırılmasının mümkünlüyünü istisna etmirlər ki, bu da 2022-ci ilin martından sonra, geosiyasi vəziyyətin gərginləşməsi və iqtisadi risklər fonunda yeni rekorda çevrilə bilər. Rusiya Bankının qarşıdan gələn iclası "əsas" olacaq - onun nəticələrinə əsasən, makro proqnozlar və məzənnənin proqnoz tendensiyası yenilənəcək.

 

Bazar iştirakçılarının proqnozları isə belədir:

 

ACRA - 20%
Alfa-Bank - 20%
Alfa-Forex - 20%
PSB - 20%
VTB - 19-20%
RSHB Asset Management - 20%
Rus standartı - 20%
Renessans Kapitalı - 20%
Sovcombank - 20%
Alfa-Kapital - 20%
Tsifra Broker - 20%
BCS World of Investment - 20%.
Veles Capital - 18%
Alfa-Kapital - 19%
Finam - 20-21%
Pervaya Asset Management - 21%
Uralsib - 21%.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR