Təbii fəlakətlər insan psixologiyasına necə təsir göstərir? - AÇIQLAMA

Təbii fəlakətlər insan psixologiyasına necə təsir göstərir? - AÇIQLAMA

Bir neçə gündür, paytaxt ərazisinə yağan yağışlar bəzi insanların psixologiyasına da ciddi zərbələr vurub. Xüsusilə qeydə alınan ölümlər vətəndaşlara təsirsiz ötüşməyib.
 
Bu konteksdə maraqlıdır, təbii fəlakət hadisələri insanlarda hansı psixoloji fəsadlar yarada bilər? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, təbii fəlakətlər fiziki, sosial və psixoloji təsirləri ilə insanların həyata baxışını dəyişir.

 

Müsahibimizin sözlərinə görə, təbii fəlakətlər insanlarda narahatlıq, kədər və qəzəb kimi mənfi düşüncələr yaradır:

“Həmçinin yuxu və ya qida pozuntusu kimi hallar da baş verə bilər. Belə olan halda, insanların baş vermiş təbii fəlakətlərə inancları dəyişmiş olur. Təbii fəlakətlər daha çox uşaqlara mənfi təsir edir. İnkişaf mərhələsində olduqları üçün ailədə və məktəbdə onları psixoloji maarifləndirmək lazımdır. Təbii fəlakətlər baş verdikdən sonra travmasonrası narahatlıqlar, posttravmatik stress pozuntusu, panik atak, depressiya, stress, davranış pozuntuları kimi hallar da müşahidə oluna bilər”.

 

R.Nəcəfov bildirdi ki, psixoloji halın nizamsızlığı uşaqlar və böyüklər arasında ümumi psixososial amillərlə tənzimlənir:

 

“Psixoloji nəticələr təbii fəlakətləri səciyyələndirən təhlükələrə, itkilərə və dəyişikliklərə məruzqalma dərəcəsi ilə birbaşa mütənasibdir. Təbii fəlakətlərə məruz qalan insanların əksəriyyəti müvəqqəti narahatlıq reaksiyalarından çıxsalar da, bəziləri posttravmatik stress pozuntusu, ağır depressiya və maddə asılılığı da daxil olmaqla psixopatologiyaya doğru irəliləyirlər.  Düşünürəm ki, psixoloji ilk və təcili yardım fəaliyyəti formalaşmalıdır. Mərhələli fərdi, qrup və ictimai psixoloji dəstəklər aparılmalıdır. Psixopatoloji hal yaranıbsa, şəxs və ya şəxslərə psixiatrik müalicə tövsiyyə olunur. Təbii fəlakətlərin insanlarda yaratdığı hansısa mənfi hallar müşahidə olunarsa, psixi sağlamlıq mütəxəssislərinə müraciət olunmalıdır. Gələcəkdə baş verə biləcək hansısa fəlakətli hadisələrə qarşı psixoloji hazırlığı artırmaq lazımdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...