Azərbaycanda yas mərasimləri ilə bağlı yeni QAYDALAR

Azərbaycanda yas mərasimləri ilə bağlı yeni QAYDALAR

Azərbaycanda yas mərasimlərinin keçirilməsi ilə bağlı vahid qaydaların müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Trend-ə bildirib ki, hazırda bu istiqamətdə digər ölkələrin təcrübəsi öyrənilir: "Bilirsiniz ki, bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də yas mərasimlərində israfçılığa yol verilməməsi ilə bağlı məsələ qaldırılmışdı. Bununla bağlı tövsiyələr, ayrı-ayrı ziyalıların mətbuatda çıxışları olsa da, insanların bir hissəsi buna əməl etdi, digər hissəsi isə əməl etmədi".

S.Novruzov hesab edir ki, bu istiqamətdə edilən tövsiyələr istənilən nəticəni vermədiyi üçün yas mərasimlərinin keçirilməsi ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac var: "Dünyada bu baxımdan bir çox təcrübələr var. Hazırda Türkiyə, İran, Pakistan və digər müsəlman ölkələrinin bu istiqamətdə təcrübələrini öyrənirik. Fikirləşirik ki, bu təcrübələri öyrəndikdən sonra əsaslı şəkildə, hər bir tərəfin marağına toxunmadan müvafiq normativ-hüquqi sənəd ortaya çıxaraq. Məsələnin qanun çərçivəsində tənzimlənməsinə ehtiyac var, çünki tövsiyə ilə bunu həyata keçirmək mümkün deyil. İnsanların bir hissəsi tövsiyəyə əməl edir, bir hissəsi isə əməl etmir. Bu baxımdan gərək qanun olsun ki, hamı da qanun qarşısında bərabər şəkildə öz borcunu yerinə yetirsin".
Milli.Az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....

Ağ Şəhər ərazisində mənzildə partlayış baş verdi

Bakıda mənzildə partlayış baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   Bildirilib ki, "1...

Ronaldo “Əl-Nəsr”in ortaq sahibi olacaq

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” ilə müqaviləsini uzatdıqdan sonra klubun ortaq sahibi olacaq.   Sfera.az ...

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...