“Azeri Light” bu gün neçəyə satılır?
İqtisadiyyat
10:22 / 23.10.2024
3539
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,25 ABŞ dolları, yaxud 3,03 % artaraq 76,56 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neftimizin öncəki qiyməti 74.31 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.