Türkiyənin daha böyük əskinasa ehtiyacı var: “Bankomatlar xarab olur...” - AÇIQLAMA
İqtisadiyyat
16:50 / 22.10.2024
8771
Türkiyənin “Fibabank”ının baş direktoru Ömər Mert “Bloomberg”ə verdiyi açıqlamasında Türkiyənin yeni və böyük nominallı əskinaslara ehtiyacının olduğunu bildirib.
Sfera.az xəbər verir ki, o, çıxışında daha böyük əskinaslara ehtiyac olduğunu, filiallarda ciddi problemlərin yarandığını, əməliyyat yükünün xeyli artdığını deyib:
“Hökmən daha böyük əskinaslara ehtiyac var. Pul saymaqla bağlı bankomatlar xarab olub, indi bəzi əskinasları yerləşdirə bilmirik. Filiallarda pulun sayılması yükü olduğundan müştəriləri bankomat cihazlarına yönləndirik ki, bu da ciddi problemlər yaradır. Bəzən filiallarda ev alqı-satqısı olanda bir neçə cihazla bütün gün pul hesablanır".
Vasif