Azərbaycan əhalisi Çin ayaqqabısı geyinir - RƏQƏMLƏR

Azərbaycan əhalisi Çin ayaqqabısı geyinir - RƏQƏMLƏR

Azərbaycana idxal edilən ayaqqabıların böyük hissəsi Çindən gətirilir.

 

Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində ölkəmizə 85 milyon dollar dəyərində müxtəlif növ ayaqqabı idxal edilib.

 

Statistik məlumatların təhlilindən aydın olur ki, ölkəmizə idxal edilən ayaqqabıların 61 faizi Çindən alınıb. İlk 8 ayda Çindən ölkəmizdə 51,9 milyon dollar dəyərində ayaqqabı idxal edilib.

 

Çindən sonra ən çox ayaqqabı Türkiyədən alınıb. İlk 8 ayda Türkiyədən 12,5 milyon dollar dəyərində ayaqqabı idxal edilib.

 

Sıralamada üçüncü yerdə İtaliyadır. İtaliyadan idxal edilən ayaqqabıların dəyəri 4,73 milyon dollar olub.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR