Slovakiya Prezidenti COP29-da iştirak üçün Azərbaycana gələ bilər
Siyasət
12:02 / 22.10.2024
2697
Slovakiya Prezidenti Peter Pelleqrininin noyabrın 12-də Azərbaycana səfəri gözlənilir.
Sfera.az xəbər verir ki, Slovakiya Prezidentinin Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı nəzərdə tutulur.
Onun rəhbərlik etdiyi nümayəndə heyətinə ölkənin bir sıra rəsmiləri və iş adamları qatılacaq.