Dollar Trampa görə bahalaşır - İDDİA

Dollar Trampa görə bahalaşır - İDDİA

ABŞ-də seçkilər yaxınlaşdıqca dolların bahalaşması müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, “Bloomberg”ə danışan analitiklər bunun bir səbəbini də Donald Trampın seçilmə ehtimalının yüksək olması ilə əlaqələndiriblər.

 

Dollar 2024-cü ilin sentyabrın son günlərindən bahalaşır. Həmin tarixdə 100 səviyyəsində olan dollar İndeksi artıq 103,7 həddinə çatıb. Analitiklərin fikrincə, Tramp dövlət başçısı seçilərsə, daha sərt pul siyasəti yürüdəcək və faiz endiriminin qarşısını alacaq. Bu halda dolların bir qədər də güclənəcəyi proqnozlaşdırılır.

 

Keçirilən bəzi sorğulara əsasən, Trampın yenidən prezident seçilmək ehtimalı rəqibindən az deyil. Bu ehtimalı nəzərə alan birjalar dolların seçkinin nəticəsi bəlli olana qədər zəifləyəcəyini gözləmirlər.

 

Vasif


OXŞAR XƏBƏRLƏR