"İntibah dövrünü yaşayan BRİCS tənəzzül edən ABŞ və Qərbə zərbə vuracaq" - ŞƏRH

"İntibah dövrünü yaşayan BRİCS tənəzzül edən ABŞ və Qərbə zərbə vuracaq" - ŞƏRH

Oktyabrın 22-24-də Kazanda 33 dövlət başçısının iştirakı ilə BRİCS sammiti keçiriləcək. İştirakçılardan 24-ü birinci şəxs səviyyəsindədir. Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi, Çin Sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin lideri Mahmud Abbas və BMT-nin Baş katibi Antonio Quterreşlə görüşlər keçirmək niyyətindədir. 

 

Maraqlıdır, sözügedən sammit ABŞ və Qərb hegemonluğuna meydan oxuya biləcəkmi?

 

Məsələni Sfera.az-a şərh edən politoloq Natiq Miri bildirdi ki, BRİCS bu gün dünyada bir alternativdir. Onun sözlərinə görə, Qərb dünyası istər ABŞ, istərsə də Avropa Birliyi səviyyəsində tənəzzülə gedərkən artıq intibah dövrü BRİCS, xüsusilə Asiya dövlətlərinə keçib:

 

“Üstəlik, bir tərəfdə Qərb dünyasının yaratdığı təlatümlü vəziyyət bir çox bölgələrdə müharibələrin getməsinə yol açıb. Ukrayna savaşı kontekstində Qərb-Rusiya, Yaxın Şərqdə Fələstin-Livan-İsrail qarşıdurması fonunda bir də sülhün bərqərar olduğu  BRİCS məkanını düşünün. Yəni bu, yeni bir əməkdaşlıq və sülhün bərqərar olduğu, gələcəyə inkişaf vəd edən alternativ qurumdur. BRİCS-in Kazandakı sammitində dövlət başçıları və digər rəsmilərlə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edəcək.  Bu o deməkdir ki, bu alternativi artıq BMT səviyyəsində də ciddi qəbul edirlər. Fikir verirsinizsə, BRİCS getdikcə böyüməkdədir. Bu qurumun üzvü olmaq üçün çoxlu müraciətlər var. O cümlədən, qardaş Türkiyə, Azərbaycan və bu timsalda bir çox ölkələr..”.

 

Politoloq qeyd etdi ki, BRİCS-ə üzv olan ölkələrin Ümumi Daxili Məhsulu (ÜDM) getdikcə Qərb dünyasını üstələməkdədir:

 

“Bu gün olmasa da, əmin olun ki, sabah artıq BRİCS-in də xüsusi valtuya vasitəsi yaradılacaq. Bu, kriptovalyuta və ya hansısa digər formada olacaq. Bu da əslində ABŞ dollarına, dollardan təzyiq mexanizmi kimi istifadə edən Qərb dünyasına ciddi zərbə vuracaq. Ona görə də artıq inkişaf etməkdə olan ölkələr perspektivi BRİCS-də görürlər. Üstəlik, bu məkanda sülh və əməkdaşlıq mövcuddursa, hər kəs bu çərçivədə təşkilata yeni bir bazar kimi baxırsa, bu, perspektiv vəd edir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: Bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb

Hazırda bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb.   Sfera.az-ın  məlumatına görə, bu barədə Azərbaycan Prezide...

Beynəlxalq axtarışa verilmiş 4 şəxs Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verili...

“Ya Rusiya dəyişəcək, ya dünya” - Zelenskidən qələbə mesajı

Ukrayna Prezidenti Volodimir Zelenski İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində əldə edilən qələbənin 80-ci ildönümü ilə bağlı xalqına müraciət yayı...

Vyetnam liderinin Azərbaycana səfəri başa çatdı – FOTO

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb. ...

Eyyub Brilliantla belə rəqs etdi – VİDEO

Xalq artisti Eyyub Yaqubov 60 illik yubileyini qeyd edib.   Sfera.az xəbər verir ki, bu barədə tanınmış müğənnilər paylaşım edib.   B...

27 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan bir...