Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul etdi - Yeniləndi

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul etdi - Yeniləndi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

 

Sfera.az xəbər verir ki, COP29-un keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğuladı.

 

Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxundu.

 

Dövlət başçısı qeyd etdi ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, ölkədə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlət başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.

 

Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirdi.

 

Prezident Azərbaycanda nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü dedi və bu baxımdan “MAN Truck&Bus” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxundu.

 

Görüşdə Azərbaycanla “MAN Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edildi, şirkətin ölkədə fəaliyyətinə dair fikir mübadiləsi aparıldı. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkədə istifadə edildiyi bildirildi. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkədə yerli istehsal imkanları da müzakirə olundu və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edildi.

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev bu şəxsləri TƏLTİF ETDİ - ADLAR

Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.   Sfera.az-ın məlumatına görə...

Azər Türk Bankdan bayramlar münasibətilə cashback kampaniyası

Dövlət bankı Azər Türk Bank Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Google Pay və Apple Pay təmassız ödəni...

Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək

Söyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcək.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası...

Rusiyaya qarşı növbəti SANKSİYA PAKETİ - Bu tarixdə qəbul ediləcək

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti sanksiya paketi hazırdır.   Sfera.az xəbər verir ki, həmin sanksiya paketi 2025-ci il fevralın 24...

TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb

İl ərzində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunan 80 ədəd təcili tibbi yardım avtomobili alınıb.   Sfera.az xəbər verir ki, bunu ...

TƏBİB tabeli tibb müəssisələrində çalışan işçilərin sayı açıqlandı

TƏBİB-in tabeli tibb müəssisələrində 93 min 64 işçi çalışır, onlardan 16 min 695-i həkimdir.   Sfera.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı dir...