Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atdı

Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atdı

Unibank Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxır. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara “dayanıqlı gələcəyə” yatırım etmək imkanı yaradır. Faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların tədavül müddəti 36 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11,5%, kupon ödəniş dövrü hər 3 aydan bir, emissiya həcmi isə 20 milyon manat təşkil edir.

 

“Unibank KB” ASC-nin İH-nin sədri Fərid Abuşov bildirib ki, müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılması təşəbbüsü, milli prioritetlərimizin realizasiyasının dəstəkləməsi və ölkəmizdə maliyyə sektoru tərəfindən ilk olması baxımından qürurvericidir: “Bu istiqrazlar, maliyyə məqsədlərimizin ətraf mühit və sosial problemlərin həlli üzrə formalaşan çağırışlar və ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırıldığını göstərən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla yanaşı, həm də COP29 öncəsi iqlim maliyyələşməsinin inkişafının dəstəklənməsinə yönəlmiş bir addımdır. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və “yaşıl artım”ın təmin edilməsinə Bankımız tərəfindən töhfə verilməsini hədəfləyir. Yaşıl layihələr dedikdə, biz, qabaqcıl beynəlxalq standartlara uyğun olaraq, enerji səmərəliliyi, bərpa olunan enerji, təmiz nəqliyyat, dayanıqlı tikinti və digər layihələri nəzərdə tuturuq. Bu layihələrə maliyyələşmənin artırılması ətraf mühit, sosial və iqtisadi dayanıqlığın dəstəklənməsi baxımından zəruridir.”

 

Unibank sədri qeyd edib ki, qabaqcıl beynəlxalq təcrübə və aparılmış araşdırma nəticələri dayanıqlı maliyyə prinsiplərinin və ESG faktorlarının maliyyə institutları tərəfindən biznes strategiyasına, korporativ idarəetmə və risklərin idarə edilməsi sistemlərinə inteqrasiyasının uzunmüddətli dövrə onların dayanıqlığının təmin edilməsi üçün zəruri olduğunu göstərir: “Bu, bizim hazırda bu mövzuda requlyatorun da tövsiyələri nəzərə alınmaqla  formalaşdırdığımız dayanıqlı maliyyə yanaşmamızı dəstəkləyir. Dayanıqlı maliyyə yanaşmamızın əsas komponentlərindən biri məhz şəffaflığın və bütün maraqlı tərəflərə hesabatlılığın təqdim edilməsidir. Bununla bağlı, həm istiqrazlar vasitəsilə maliyyələşdirilən yaşıl layihələrin irəliləyişi və təsiri, həm də dayanıqlı maliyyə yanaşmamızın digər təşəbbüsləri üzrə şəffaflığını və hesabatlılığını təmin edəcəyik”.

 

Beynəlxalq standartlara uyğun olaraq, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən bu qiymətli kağızlar, Astana Beynəlxalq Maliyyə Mərkəzinin müsbət rəyi ilə buraxılır. Qeyd edək ki, bir müddət öncə Unicapital İnvestisiya Şirkəti və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nəzdindəki “Yaşıl Maliyyə Mərkəzi” arasında Referal Saziş imzalanıb. Ekoloji təmiz gələcəyə yatırım etmək istəyən investorlar müraciət üçün linkə keçid edə bilərlər: //unicapital.az/unibank-istiqrazlari-apply/

 

İstiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə oluna bilər. Bu zaman fiziki şəxslər bütün komissiya xərclərindən və gəlir vergisindən azad edilirlər. Nominal qiymətin əlçatanlığı, kiçik həcmdə investisiya etmək istəyənlərin bankın yüksək gəlirli yatırım alətindən faydalanmasına imkan verir. Hərrac “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcək.

 

Unibank-Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...