Səhvən hesabına 4,6 milyon dollar köçürüldü, bütün həyatı dəyişdi - FOTOLAR

Səhvən hesabına 4,6 milyon dollar köçürüldü, bütün həyatı dəyişdi - FOTOLAR

Avstraliyanın Sidney şəhərinin malayziyalı sakini, hesabına səhvən 4,6 milyon dollar köçürülən Kristin Jian Li adlı gənc qızdan yeni xəbər var. Amma ilk olaraq həmin hadisəni xatırlayaq.

Publika.az xəbər verir ki, hesabında bu qədər pulu aşkarlayan qız çox fikirləşmədən, bütün pulları ən məşhur brend mağazalarda xərcləyib. Qız Cristian Dior firmasından yumşaq balışlar, YSL və Hermes brendindən isə çox sayda çantalar alıb. Təkcə Cristian Dior firmasında 220 000 dollar xərcləyib.

Hadisənin maraqlı tərəfi odur ki, 2012-ci ildə hesaba köçürülən puldan, qız 2014-cü ildə xəbər tutub. Banka isə pulun səhv hesaba yatırılması 2015-ci ilin aprelində məlum olub.

Bundan sonra bank işçiləri Linin axtarışına başlayıblar. Linin nömrəsini taparaq ona zəng edib, baş vermiş səhvə görə üzr istəyiblər. Və pulu qaytarmasını xahiş ediblər. Amma artıq çox gec idi. Çünki qız bütün pulları xərcləyib qurtarmışdı. Nəticədə polis qızı tutur. Məhkəmə zamanı qız pulu ailəsinin ona göndərdiyini zənn edərək xərclədiyini bildirir. Buna baxmayaraq onu, həbsə atırlar.

Bir neçə gün öncə Avstraliyada baş tutan məhkəmə prosesində isə Li azadlığa buraxılıb. Qız hazırda Malayziyaya qayıtmağa hazırlaşır.


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...