Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldı

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldı

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

 

Bu barədə Sfera.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qeyd olunub ki, bu günlərdə Qərbi Azərbaycan İcması Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb.

 

Müraciətdə deyilir ki, Qərbi Azərbaycan İcması fəal beynəlxalq fəaliyyət həyata keçirərək beynəlxalq təşkilatlar çərçivəsindəki tədbirlərdə tərəf kimi iştirak edir və Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini davamlı olaraq qaldırır. Azərbaycana qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar belə, bu məsələni insan hüquqları müstəvisində tutarlı arqument kimi qəbul etməli olurlar.

 

Məktubda Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülür. Bildirilir ki, parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək.

 

Bütün bunları nəzərə alaraq, spiker Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

 

Sərəncamda Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun vəzifə və səlahiyyətləri öz əksini tapıb.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın Ermənistana təsir imkanları azalır - Lavrovun səfəri nəyi dəyişəcək?

Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Ermənistana səfər etməyə hazırlaşır. Səfərin məqsədi kimi İrəvanın son dövrlərdə Qərbə doğru artan meyil...

İlham Əliyev: Bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb

Hazırda bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb.   Sfera.az-ın  məlumatına görə, bu barədə Azərbaycan Prezide...

Beynəlxalq axtarışa verilmiş 4 şəxs Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verili...

“Ya Rusiya dəyişəcək, ya dünya” - Zelenskidən qələbə mesajı

Ukrayna Prezidenti Volodimir Zelenski İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində əldə edilən qələbənin 80-ci ildönümü ilə bağlı xalqına müraciət yayı...

Vyetnam liderinin Azərbaycana səfəri başa çatdı – FOTO

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb. ...

Eyyub Brilliantla belə rəqs etdi – VİDEO

Xalq artisti Eyyub Yaqubov 60 illik yubileyini qeyd edib.   Sfera.az xəbər verir ki, bu barədə tanınmış müğənnilər paylaşım edib.   B...